Strasburqda AVRONEST PA-nın büro iclası keçiriləcək

Strasburqda AVRONEST PA-nın büro iclası keçiriləcək

Sabah Strasburqda AVRONEST PA-nın büro iclası keçiriləcək. AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov SİA-ya bildirib ki, qurumun büro iclasında AVRONEST PA-nın 2 və 4 aprel tarixinlərində Bakıda keçiriləcək ikinci plenar sessiyasının gündəliyi müzakirə edilərək təsdiq olunacaq.


İclasda həmçinin Bakı sessiyası zamanı qəbul edilmələri məqsədilə qurumun daimi komitələrinin hazırladıqları məruzə layihələri və onlara təklif edilən düzəlişlər ətrafında müzakirələr aparılacaq.


İclas zamanı büro üzvləri vitse-prezident Yaçek Saryuş-Volskinin Belarusun müxalifət qüvvələrinin üzvlərini Bakı sessiyasına dəvət edilməsi təklifi barədə fikir mübadiləsi aparacaq və qərar qəbul edəcəklər.


Millət vəkili Elxan Süleymanovun verdiyi məlumata görə, iclasda eyni zamanda prosedur Qaydaları və Belarus üzrə İşçi Qrupların mandatının uzadılmasının mümkünlüyünə dair büronun Bakıda qəbul ediləcək qərarı müzakirə ediləcək.


Aynurə Asimqızı


Bütün xəbərlər Facebook səhifəmizdə