Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarına gəlincə, martın 14-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, gecəyə doğru isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Martın 14-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB