Fazil Mustafa: “İranın Azərbaycana münasibətində kobudluq əsas yer tutur” - MÜNASİBƏT

Fazil Mustafa: “İranın Azərbaycana münasibətində kobudluq əsas yer tutur” - MÜNASİBƏT

İranın Azərbaycana münasibətində kobudluq əsas yer tutur. Bunu SİA-ya açıqlamasında Millət vəkili Fazil Mustafa İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhraminin çıxışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran öz üslubunu dəyişməlidir: "Faktiki olaraq bu onun düşündüyü kimi deyil. İran sonda başa düşməlidir ki, Azərbaycan bütün hallarda İranla qonşuluq prinsiplərinə əməl etməkdə maraqlıdır və İrana qarşı hər hansı bir şəkildə öz ərazisindən istifadə etməyə yol vermək fikrində deyil. İran bununla Azərbaycanı özünün də istəmədiyi şəkildə cinaha sürükləmiş olur. Hesab edirəm ki, bu kimi məsələlərdə İran dövləti çox diqqətli olmalıdır. Eyni zamanda Azərbaycan tərəfindən də İrana yönəlik müəyyən addımlarda üslubu, çərçivəni gözləmək lazımdır. Çünki bu anda münasibətlərin pozulması hər iki dövlərin maraqlarına cavab vermir".


Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami jurnalistlərlə birgə keçirdiyi mətbuat konfransında İranın Azərbaycana nota verməsi məsələsini belə xarakterizə etmişdi: "İranla Azərbaycan qardaş münasibətindədir. Hər hansı evdə də qardaşla-qardaş arasında mübahisələr olur. Bu sadəcə anlaşılmazlıqdan başqa bir şey deyil"-deyə, səfir bildirmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə