İtaliyanın keçmiş baş naziri, \"Popolo della Liberta\" partiyasının rəhbəri Silvio Berluskoninin dəvəti ilə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.
SİA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində mart ayının 12-də YAP-ın Sədr müavini Əli Əhmədov Milan şəhərində, Avropa Xalq Partiyasının aparıcı siyasi partiyalarından olan \"Popolo della Liberta\" partiyasının rəhbəri Silvio Berluskoni ilə görüşüb. Görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin indiki durumu, Yeni Azərbaycan Partiyası ilə \"Popolo della Liberta\" partiyası arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasındakı münasibətlərin hazırki vəziyyəti müzakirə edilib.
Görüşdə Milli Məclisin deputatları, YAP Xarici Əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev və Azərbaycan - İtaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Azər Kərimli iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB