Azərbaycanın müdafiə naziri Tehranda İran Ali Təhlükəsizlik Şurasının katibi və xarici işlər naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Tehranda İran Ali Təhlükəsizlik Şurasının katibi və xarici işlər naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Ali Təhlükəsizlik Şurasının katibi və xarici işlər naziri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, general-polkovnik Səfər Əbiyevin İranın Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşündə təhlükəsizlik məsələləri, regionda vəziyyət və münaqişələr ətrafında fikir mübadiləsi aparılıb.

S. Əbiyev bu gün həmçinin İran xarici işlər naziri Əli Əkbər Salehi ilə də görüşüb. Görüş zamanı martın 7-də Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda baş tutan görüşü, regiondakı ictimai-siyasi və hərbi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə