Ermənistan silahlı qüvvələrinin bölmələri martın 12-də saat 17.25-dən 17.35-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərini, 21.35-dən 21.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, 21.45-dən 21.50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB