Daxili işlər naziri sumqayıtlılarla görüs keçirəcək

Daxili işlər naziri sumqayıtlılarla görüs keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhərində vətəndaşlarla görüş keçirəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verdiyi məlumata görə, nazir Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının sakinlərinin problemləri ilə maraqlanacaq.

Vətəndaşlarla görüş martın 17-də saat 11:00-da Sumqayıt Şəhər Polis İdarəsində keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə