Göyçayda heç bir narazılıq yoxdur

Göyçayda heç bir narazılıq yoxdur

Son günlər Qubada baş verən etiraz aksiyalarından istifadə edən bəzi mətbuat orqanları cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi ilə əsası olmayan şüarlar səsləndirir, dezinformasiya yayırlar. Xüsusilə, bir sıra kütləvi informasiya vasitələrində Göyçayda sosial narazılıqların artması, ictimai-siyasi vəziyyətin gərginləşməsi ilə bağlı həqiqətə uyğun olmayan iftira xarakterli məlumatlar verilir.

Məlumatla bağlı Göyçay rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Bununla əlaqədar bildirildi ki, rayonda ictimai-siyasi vəziyyət həmişə olduğu kimi sabitdir, əhalinin heç bir narahatçılığı yoxdur və bəzi mətbuat orqanlarında gedən bu məlumatlar rayonda aparılan quruculuq işlərinə kölgə salmaq məqsədi daşımaqla kimlərinsə subyektiv maraqlarına xidmət edir

Eyni zamanda məlumatda deyilir ki, ölkəmizdə qeyri-neft sektorunda irəliləyişin sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşması ölkənin bütün regionları kimi Göyçay rayonunun da inkişafına güclü təkan vermiş, rayon iqtisadiyyatı üçün müstəsna əhəmiyyəti olan bir sıra layihələr həyata keçirilib: "Hazırda şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması işləri aparılır, Bığır kəndinin ərazisində 3 Mva gücündə su elektrik stansiyası inşa edilir. Yol infrastrukturunun təkmilləşdirilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülür, abadlıq və quruculuq işləri aparılır".

Xatıladaq ki, bir neçə gün bundan öncə Salyan Rayon İcra Hakimiyyətində "açıq qapı" günü keçirilib. Ölkəmizdə işıq üzü görən qəzetlərin, informasiya agentliklərinin, televiziyaların iştirakıyla Salyan Rayon İcra Hakimiyyəti başçısı və hüquq mühafizə orqanlarının rəhbərlərinin, eləcə də aidiyyəti təşkilatların, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən "açıq qapı" gününə Salyan rayonun mərkəzində, eləcə də kəndlərdə yaşayan vətəndaşlar gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə