Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov Qazaxıstan Respublikasının Xarici İşlər Nazirinin müavini Amangəldi Jumabayevi qəbul edib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qazaxıstanın Xarici İşlər Nazirinin müavini A.Jumabayev Azərbaycan Respublikasının BMT TŞ-ya qeyri-daimi üzv seçilməsi münasibətilə təbriklərini çatdııb. Ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edən nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair qarşılıqlı dəstəyin mövcud olduğunu bildirmiş və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
A.Jumabayev ölkəsinin bu regionun sabitliyində və inkişafında maraqlı olduğunu qeyd edərək, Azərbaycan tərəfinin Qazaxıstan məhsullarının dünya bazarına çıxarılması istiqamətində dəstəyini yüksək qiymətləndirib.
Görüş zamanı tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsindən məmnunluq ifadə edərək, bu istiqamətdə işin davam etdirilməsinin vacibliyini vurğulanıb. Tərəflər həmçinin, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB