Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İrana rəsmi səfərə gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün İrana rəsmi səfərə gedib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər İranın müdafiə naziri, general-mayor Əhməd Vəhidinin dəvəti əsasında həyata keçiriləcək.
Səfər çərçivəsində S. Əbiyev İranın müdafiə naziri və bu ölkənin digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşdə iki ölkə arasında müdafiə, hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB