Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri - Bas Eickhout, Dan Jorqensen, Norbert Neuser və Belçika Parlamentinin üzvü Alen Destexdən ibarət olan nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, səfərdə əsas məqsəd Azərbaycanla tanışlıq, ölkəmizdə hüquqi, demokratik dövlət quruculuğu və Avropaya inteqrasiya sahəsində irəliləyişlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərlə, o cümlədən qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.
Görüş zamanı nazir Elmar Məmmədyarov parlament diplomatiyasının əhəmiyyətini vurğulayaraq, parlament üzvlərinin birbaşa təmasının əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. 20 illik müstəqillik tariximizdə ölkəmizin keçdiyi yol barədə məlumat verən Elmar Məmmədyarov Azərbaycanda aparılan siyasi-iqtisadi islahatlar barədə qonaqları məlumatlandırıb. Elmar Məmmədyarov regionda gedən siyasi proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və münaqişənin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Avropa Parlamentinin nümayəndələrinə ətraflı məlumat verib.
Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB