Millət vəkili: “Saakaşvili bəyanatları ilə Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək istəyir” - AÇIQLAMA
Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışı siyasi etikadan kənar bir çıxışdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Etibar Hüseynov deyib. O bildirib ki, başqa dövlətlə aralarında münaqişəsi olan prezidentin üçüncü ölkənin parlamentində iddialarla çıxış etməsi təmamilə yalnış bir addım idi. Millət vəkilinin sözlərinə görə, əgər Saakaşvili haqq-ədalət axtarır, bunun sorağındadır, özlərini işğala məruz qalmış dövlət sayır, Rusiyanı işğalçı dövlət hesab edərək onun ünvanına bəzi fikirlər səsləndirir. Amma bu cür ədalət sorağında olan şəxs öz yanında olan işğalçı bir Ermənistanın dost və qardaş adlandırdığı Azərbaycanın 20% torpağını işğal etməsi barədə bir kəlmə də olsun fikirlər səsləndirmədi.
"Saakaşvili Ermənistanın qorxusundan onun adını çəkmir, amma istəyir ki, Azərbaycan Rusiya haqqında nəsə desin və ya nəsə etsin. Ümumiyyətlə, onun üçüncü bir dövlətin parlamentinin tribunasından öz şəxsi konflikti olan ölkə barədə belə fikirlər deməsini etikadan kənar hesab edirəm. Dost, qardaş Azərbaycanın torpaqlarını işğal edən dövlətin adını qorxaq formada da olsa çəkə bilmir. Digər tərəfən Saakaşvili Azərbaycan-Gürcüstan dostluğunun təməlini qoyan Heydər Əliyevin adını belə çəkmədi. Halbuki, bu gün Gürcüstan iqtisadiyyatı Azərbaycanla birgə olan layihələr üzərində qurulub. Onun çıxışı zamanı Azərbaycanın Gürcüstana göstərdiyi yardımları, köməkliklərə baxmayaraq, Heydər Əliyevin adını xatırlamamasını çox təəccüblə qarşıladım. Hesab edirəm ki, Saakaşvilinin bu çıxışı təxribat xarakterli və boşboğazlıqdan başqa bir şey deyil. Saakaşvili belə bəyanatları hardasa səsləndirməklə Azərbaycanla Rusiya arasındakı münasibətləri gərginləşdirmək istəyir. Onun fikrincə, bunun da nəticəsində Azərbaycan Rusiyaya qarşı Gürcüstana daha da sıx yaxınlaşmalı, birləşməlidir. Guya ki, Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşəndən sonra Azərbaycan Gürcüstana daha sıx birləşəcək. Mən bu addımları belə hesab edirəm", - deyə millət vəkili əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB