Ermənilər yenidən atəşkəsi pozublar

Ermənilər yenidən atəşkəsi pozublar

Ermənilər yenidən atəşkəsi pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 8-də saat 10:40-dan 10:45-dək və 21:20-dən 21:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13:05-dən 13:15-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:30-dan 22:45-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə