Fəzail Ağamalı: “Gürcüstan prezidenti Milli Məclisdə çıxışı zamanı özünü beynəlxalq tribunada hiss edib”
Gürcüstan prezidenti Mixail Saakaşvili ötən gün Azərbaycan parlamentində çıxışı zamanı Rusiyanın ünvanına sərt ifadələr işlətməklə özünü sanki beynəlxalq təşkilatın tribunasında hiss edib. Bu qənaətdə olan Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının fikrincə, Saakaşvilinin dediyi sözlər Milli Məclisin tribunasında deyilməli deyildi. Saakaşvili öz çıxışında daha çox Azərbaycan - Gürcüstan münasibətləri və Azərbaycanın Gürcüstana etdiyi köməyə diqqət yetirməli idi.
"Bu gün bəllidir ki, Gürcüstanın Rusiya ilə böyük problemləri var. Bu problem Gürcüstanla Rusiyaya aiddir. Belə olan vəziyyətdə o, fikirlərini bu məsələyə yönəltməməli idi. Yaxşı, bunu etmisən, amma Azərbaycanın Milli Məclisinin qarşısında çıxış edərkən, nədən o, Azərbaycanın işğal olunmuş torpaqları haqqında heç nə demədi? Öz problemlərindən danışır. Abxaziyanın, Cənubi Osetiyanın problemlərindən danışır. Lakin Dağlıq Qarabağ, işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasının zəruriliyi haqqında, hətta mən deyərdim ki, müəyyən dərəcədə ölçülüb-biçilmiş fikirlər səsləndirir. O sanki özünü beynəlxalq tribunada hiss edirdi", - deyə Fəzail Ağamalı vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB