Qoşunların təmas xəttində keçirilən monitorinq intisentsiz başa catıb

Qoşunların təmas xəttində keçirilən monitorinq intisentsiz başa catıb

ATƏT hazırda fəaliyyətdə olan sədrinin mandatına uyğun olaraq bu gün cəbhə xəttində monitorinq keçirilib. SİA-nın Qarabağ börüsonun verdiyi xəbərə görə, Tərtərin Qapanlı kəndi yaxınlığında 1 saata yaxın reallaşan monitorinq zamanı iştirakçılar ilk olaraq Tərtər rayon İcra Hakimiyyətində icra başçısı Ceyhun Cəfərovla görüşüblər. İcra başçısı nümayəndə heyətinə bildirib ki, Ermənistan ordusu cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrimizi intensiv atəşə tutur. Nəticədə mülki vətəndaşların həyat şəraiti çətinləşir.


Bir saatlıq görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttinə yola düşüb və Tərtərin Qapanlı kəndi yaxınlığında qarşı tərəflə monitorinq keçirilib.


Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırda fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki, şəxsi köməkçi Uilyam Praroy və səhra köməkçisi Marius Puodziunas keçirib.


Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçirib.



Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə