Asim Mollazadə: “İran hər zaman Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinin arxasında dayanıb” - MÖVQE
Ermənistanı müstəqil bir dövlət kimi qəbul etmək düzgün olmazdı. Ermənistan artıq hansısa bir ölkənin farpostudur. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahat Partiyasının (ADİP) rəhbəri, Millət vəkili Asim Mollazadə İran-Ermənistan sərhədində "Dostluq və sülh" parkının salınacağına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan İranla öz qüvvələrini birləşdirərək ölkəmizdə demokratiyanın, inkişafın, sabitliyin qarşısını almağa çalışır: "Bu gün Ermənistanın siyasəti İran kimi totalitar təfəkkürün ifadəsidir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət də bu kimi məsələlərə diqqət yetirməlidir. İran hər zaman Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinin arxasında dayanıb. Bununla belə o Ermənistana həm hərbi həm də siyasi dəstək nümayiş etdirib. İran həmişə işğalçıları, terroristləri xüsusilə Ermənistan terroristlərini ona görə dəstəkləyir ki, Azərbaycanın inkişafından və modelindən çox qorxur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB