Azərbaycan, Türkiyə və İran XİN-nin görüşü keçirilib

Azərbaycan, Türkiyə və İran XİN-nin görüşü keçirilib

Bu gün Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Naxçıvan Muxtar Respublikasında keçirilən üçtərəfli görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, hazırda Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin geniş tərkibdə görüş başlayıb. Görüşün sonunda rəsmi sənədlərin imzalanması və mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, xarici işlər nazirləri bu gün səhər əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Görüş mediaya qapalı keçib.


Bütün xəbərlər Facebook səhifəmizdə