Millət vəkili Qənirə Paşayeva İraqın dövlət naziri ilə görüşüb - FOTO
Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva və millət vəkili Etibar Hüseynov Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələləri üzrə Dövlət naziri Dr. Torhan M.Əl-Müfti ilə görüşüblər. SİA-ya verilinə məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı üzv-dövlətlərinin beyin mərkəzlərinin Bakıda keçirilən III forumunda iştirak etmək üçün Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq duyduğunu ifadə edən İraqlı nazir Azərbaycanda dinamik iqtisadi inkişafın şahidi olduğunu bildirib. Azərbaycanı qardaş ölkə adlandıran İraqın dövlət naziri İraqın Azərbaycanla bütün istiqamətlərdə münasibətlərin inkişaf etdirilməsində, strateji əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu qeyd edib. O həm parlamentlərarası, həm də hökumətlərarası münasibətlərin inkişafının, əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Görüş zamanı millət vəkili Qənirə Paşayeva və Etibar Hüseynov da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.
Millət vəkili Qənirə Paşayeva ölkəmizdə həyata keçirilən islahatlar, əldə olunmuş uğurlar, eləcə də regionun və Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib. Qənirə Paşayeva bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib.
Qeyd edək ki, görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB