7 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

7 kiloqramdan artıq narkotik vasitə aşkar edilib

Bakıda dövriyyədə 7 kiloqramdan artıq narkotik vasitə aşkar edilib. SİA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verib. Məlumatda bildirib ki, Nizami Rayon Polis İdarəsinin və 24-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Beyləqan rayon sakini Behbud Cəlilovdan 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.


Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə