GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Çexiya Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun sədrliyi altında GUAM-ın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda GUAM-a sədrlik edən Azərbaycan Respublikasının 2012-ci ildə GUAM-da sədrliyinə dair "Azərbaycan Respublikasının Sədrlik Proqramı"na xarici işlər nazirləri tərəfindən baxılmış və milli əlaqələndirmə Şurasına növbəti iclasında Proqramın icrası üçün fəaliyyət planı hazırlamaq tapşırılıb.

XİNŞ-in iclasında "GUAM ölkələrinin BMT, ATƏT, Avropa Şurası və Vyanada yerləşən digər beynəlxalq təşkilatlarda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyətinə dair Plan"ının razılaşdırılması barədə razılıq əldə olunub.

XİNŞ Azərbaycan Respublikasının ATƏT-lə əlaqələri intensivləşdirmək və GUAM-ın Baş katibinin Vyanaya səfərinin təşkil olunması, eyni zamanda, ATƏT-in Daimi Şurasında çıxış etməsi təşəbbüsünü alqışlayıb. XİNŞ eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv ölkələrin əməkdaşlıq və əlaqələndirmə məsələlərini müzakirə edib.

Xarici işlər nazirləri Azərbaycan tərəfinə Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi ilə bağlı təşəbbüsünə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə