Səməd Seyidov: \"Azərbaycan torpaqlarının işğaldan azad olunması beynəlxalq qanunların tələbidir\" - MÜNASİBƏT
Onun sözlərinə görə, rəsmi Bakı ununla bağlı həmsədrlərlə öz mövqeyimizi dəfələrlə bildirib: \"Biz Azərbaycan tərəfi olaraq, heç vaxt hər hansı danışıqlardan imtina etməmişik. Əksinə, biz danışıqların aparılmasının və daha da aktivləşdirilməsinin tərəfdarıyıq. Status-kvo bizi qane etmir. Sadəcə, status-kvonu saxlamaq niyyətində olan Ermənistan tərəfidir. Azərbaycan danışıqlarda iştirak edən bütün tərəflərə və danışıqları təşkil edən ATƏT-in Minsk qrupu həmsədrlərinə bu məsələlərə daha diqqətlə yanaşması, daha da konkret olan məsələlərin gündəmə gətirilməsi ilə bağlı təkliflər verir. Biz ststus-kvonun dəyişdirilməsinin tərəfdarıyıq. Azərbaycan torpaqlarının işğaldan azad olunması beynəlxalq qanunların tələbləridir\".
Millət vəkili deyir ki, son hadisələr və ümumiyyətlə Azərbaycanın son inkişafı, dünya siyasi arenasında və regionda söz sahibinə çevrilməsi danışıqlara öz təsirini mütləq göstərəcək: \"Minsk qrupu həmsədrləri də bunu çox yaxşı bilirlər. Əminəm ki, həmsədrlər bundan nəticə çıxaracaqlar və Azərbaycanın torpaqlarının işğaldan azad olunması məsələsini biz ən yüksək səviyyədə müzakirə edərək həll edəcəyik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB