Həmsədrlər Serj Sarkisyanla görüşüb

Həmsədrlər Serj Sarkisyanla görüşüb

Həmsədrlər İrəvanada görüşlərə başlayıblar. SİA-nın erməni mətbuatına isitnadən verdiyi xəbərə görə, Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak Foru (Fransa), Robert Bradtkeni (ABŞ), İqor Popovu (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların hazırkı mərhələsinə dair məsələləri, eləcə də bu istiqamətdəki gələcək addımları müzakirə ediblər.

Qeyd edək ki, həmsədrlər Azərbaycana martın 5-də gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə