Paytaxtda hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında martın 3-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz arabir güclənən mülayim qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir. zərbaycanın rayonlarına gəlincə, martda 2-dən 3-ə keçən gecə və səhər hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Martın 3-də ölkə ərazisində hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə