Süleyman Şensoy: "Fransa Senatının verdiyi qərarla bağlı Azərbaycan Türkiyəyə böyük dəstək göstərdi" - MÖVQE
Fransa qondarma "erməni soyqırımı" ilə bağlı qərarın ləğv olunması uğrunda mübarizədə qardaş Azərbaycan Türkiyəyə böyük dəstək oldu. SİA-nın verdiyi məlumata görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin Bakıda keçirilən III Forumunun iştirakçısı, Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy deyib.
Buna görə Azərbaycan xalqına və rəhbərliyinə təşəkkürünü bildirən S.Şensoy deyib ki, digər türk dövlətlərindən də bu cür məsələlərdə dəstək gözləyirik.
O vurğulayıb ki, dünyada son on ildə çox böyük hadisələr baş verməkdədir. İkiqütblü dünyanın sona yetməsi ilə yeni güclər ortaya çıxıb, ölkələr arasında əlaqələr, təşkilatlanma, inteqrasiya inkişaf etməyə başlayıb. Dünya ölkələri çox ciddi böhranla üzləşib. Bu böhranın nə vaxt qurtaracağı məlum deyildir. Belə bir vəziyyətdə islam ölkələrinin baş verən hadisələrin mərkəzində olduğunu görürük. İslam ölkələrində dəyişikliklər daha sürətlə gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB