Bahar Muradova: “Qubada baş verən hadisələrin üsyan kimi qiymətləndirməsi cəfəngiyatdır”

Bahar Muradova: “Qubada baş verən hadisələrin üsyan kimi qiymətləndirməsi cəfəngiyatdır”

"İnsanların, vətəndaşların bu və ya digər məsələlərə, problemlərə, sosial narazılıqlara fikir bildirməsi normal haldır və hər kəsin konstitusion hüququdur". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Qubada martın birində baş verən hadisələri şərh edərkən deyib. Onun sözlərinə görə, Qubada baş verən hadisələri bəzi müxalif dairələrin inqilab və ya üsyan kimi qiymətləndirməsi doğru deyil, tamamilə əsassız fikirlər və cəfəngiyatdır: "Qubada baş verən hadisə günü eynilə Parisdə də 15-ə yaxın aksiya baş vermişdi. Bəs, o zaman bunu necə qiymətləndirmək olar? Bu kimi məsələləri inqilabla, üsyanla əlaqələndirmək heç bir halda doğru deyil".

Xarici qüvvələrin əli olması barədə suala gəldikdə isə B.Muradova bu barədə konkret fikir söyləyə bilməyəcəyini, amma onun fikrincə, noyabr ayında olan çıxışın indi yayımlanması müəyyən müthəm məqamlardan xəbər verir: "Yenə də dəqiq deyə bilmərəm ki, burada kimin əli ola bilər. Hüquq mühafizə orqanları araşdırma aparır, hər şey bundan sonra aydın olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə