İƏT-ə üzv ölkələrin beyin mərkəzlərinin 3-cü forumunun iştirakıçıları Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər
Bu gün Bakıda \"Gülüstan" sarayında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatı Ölkələrində Dəyişiklik və Transformasiya" mövzusunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin beyin mərkəzlərinin üçüncü forumu işə başlayır. SİA-nın xəbərinə görə, forum iştiraçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Daha sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar. Eyni zamanda forum iştirakçıları Şəhidlər xiyabanını da ziyarət ediblər.
Qeyd edək ki, forumda, dövlət və hökumət rəsmilərinin, islam ölkələrində ictimai rəy formalaşdırmaqda lider qəbul olunan beyin mərkəzlərinin sədr və ya direktorlarının, elm adamlarının, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin təmsilçilərinin, eləcə də yerli və beynəlxalq ekspertlər iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB