Filip Qordon: "Müstəqil və demokratik Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaq"
Güclü, müstəqil və demokratik Azərbaycan həmişə ABŞ-ın dostu və tərəfdaşı olacaq. Bu sözləri ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20-ci ildönümü ilə bağlı çıxışında deyib. Bildirib ki, ölkələrimiz arasında təhlükəsizlik, enerji, siyasi, iqtisadi və digər sahələr üzrə geniş əlaqələr mövcuddur.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi məsələsinə də toxunan F.Qordon vurğulayıb ki, Azərbaycan qlobal təhlükəsizlik sahəsində üzərinə götürdüyü məsuliyyətin öhdəsindən layiqincə gələcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Filip Qordon bildirib ki, problemin həlli yalnız beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində mümkündür. ABŞ isə ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün rəsmi Bakı ilə sıx əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB