Elmar Məmmədyarov Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı pakistanlı qonaq ölkəsinin ictimai-siyasi durumu barədə ətraflı məlumat verərək, Pakistanın üzləşdiyi təhdid və çağırışlardan bəhs edib. O, Pakistanın Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar olması üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.Elmar Məmmədyarov Pakistanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidə Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib.

Tərəflər arasında regional məsələlər, eyni zamanda qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə