Pakistan Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Xalid Şamim Vayn Bakıya gəlib. SİA-nın məlumatına görə, səfərdə əsas məqsəd Pakistanla Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Pakistan qərargah rəisinin Azərbaycanın müdafiə naziri və digər rəsmilərlə görüşləri nəzərdə tutulur. Qeyd edək ki, bu gün onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB