Azərbaycanın İrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırıldı

Azərbaycanın İrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırıldı
Dünən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. SİA-nın xəbərinə görə, səfir Cavanşir Axundov İranın xarici işlər nazirinin müavini Abbas Ərakçi tərəfindən qəbul olunub. Görüşdə səfirdən Azərbaycanın İsraildən 1,5 milyard dollardan artıq dəyərdə silah alması barədə mətbuatda gedən məlumatlara rəsmi izahat verməyi xahiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə