Yavər Camalov Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb

Yavər Camalov Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb
Müdafiə sənayesi naziri Yavər Camalov bu gün Azərbaycanda səfərdə olan Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya verilən məlumata görə, Y. Camalov qonaqlara rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə