BMT-nin İnsan Haqları Şurası Suriyaya dair fövqəladə iclas keçirəcək
BMT-nin İnsan Haqları Şurası bu gün fövqəladə iclas keçirərək, Suriya rəhbərliyinə çağırış edəcək. Şura Suriya rəhbərliyini dinc sakinlərə qarşı repressiyaya son qoymağa, Homs və döyüşlərin getdiyi digər şəhərlərə maneəsiz humanitar yardım üçün şərait yaratmağa çağıracaq. Bu günkü fövqəladə iclasda səsverməyə qoyulacaq qətnamə layihəsində qeyd edilir ki, Suriya hökumətinin insan haqları və azadlıqlarını pozması ölkədə humanitar vəziyyətin pisləşməsinə gətirib çıxarıb.
Təkcə dünən bütün Suriya ərazisində 144 nəfərin öldürüldüyü bildirilir. Onlardan 64-ü Homs şəhərini tərk etməyə çalışarkən kütləvi şəkildə öldürülənlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB