Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak edə bilər. Brüsseldə qurumun Xarici Məsələlər üzrə Şurasında keçirilən iclasın nəticələrinə dair qəbul olunan qərarda belə deyilir. Qoşunların təmas xəttində gərginlikdən narahatlığın ifadə edildiyi sənəddə atəşkəs rejiminin möhkəmləndirilməsi və tərəflər arasında qarşılıqlı etibara nail olunmasının vacibliyi qeyd olunur.
Qərarda deyilir ki, sülhə və tərəflər arasında qarşılıqlı etibara nail olmaq yolunda Avropa İttifaqı öz nümayəndələrinə Dağlıq Qarabağa və ətraf rayonlara daxil olmaq üçün imkanların verilməsini zəruri hesab edir. Avropa İttifaqı Şurası, Ali nümayəndə və Avropa Komissiyasını Dağlıq Qarabağ münaqişəsinə dair post-konflikt ssenari hazırlamağa çağırıb. Bu ssenari Avropa İttifaqının prosesdə iştirakı üçün əsas ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB