Fransada aprel may aylarında keçiriləcək prezident seçkilərinə qızğın hazırlıq özünü göstərir.SİA-nın verdiyi məlumata görə, ilk olaraq qondarma erməni soyqırımının Fransa Senatında qəbul olunmasından sonra ölkə başçısı Nikolya Sarkozi bu dəfə də kampaniya mahnılarını təyin edib.
Dövlət başçısı mahnıların siyahısında ilk olaraq fransız rok ifaçısı Johnny Hallydayın mahnısına yer verib. Prezidentlik kürsüsünü qorumaq üçün son çırpınışlarını edən Sarkozi ikinci yerdə Şarl Aznavurun \"Erməni soyqırımı\" üçün yazdığı \"Ils sont tombes\" (Onlar düşdü) adlı mahnısına yer verib. Üçüncü mahnı isə həyat yoldaşı Karla Bruniyə aid olacaq.
Sarkozinin Aznavurun mahnısına üstünlük verməsi isə dünya mətbuatında mütəlif cür qiymətləndirilir. Əsasən də ölkə rəhbərinin bu addımla ermənilərə açıqca mesaj verdiyi fikirləri səsləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB