NATO-nun Türkiyənin Malatya bölgəsində qurduğu raket hücumundan müdafiə sistemi bazasına ABŞ əsgərləri göndərilib. Bunu ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı Mark Hertling "Associated Press" agentliyinə açıqlamasında söyləyib.
Qeyd edək ki, bundan əvvəl Malatyada raket hücumundan müdafiə sisteminin yerləşdirildiyi Kürəcik rayonuna ABŞ əsgərlərinin göndərilməsi barədə xəbərlər yayılıb. Mark Hertling isə bunu ilk dəfə təsdiqləyən yüksək rütbəli ABŞ hərbiçisidir. O, raket hücumundan müdafiə sisteminin qurulmasının tamamlanmağa yaxın olduğunu da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB