Ankarada Xocalı abidəsinin təməlqoyma mərasimi keçirilib - FOTO

Ankarada Xocalı abidəsinin təməlqoyma mərasimi keçirilib - FOTO

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Ankaranın Kızılcahamam rayonu Bələdiyyəsi ilə birgə həmin rayonda Xocalı soyqırımı abidəsinin təməlqoyma mərasimi keçirilib.

SİA-nın verdiyi məlumata görə, tədbirdə səfir Faiq Bağırov, səfirliyin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, türkiyəli millət vəkilləri, Kızılcahamam Bələdiyyəsinin başçısı Coşqun Ünal, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndəsi iştirak edib.

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla və ardından iki ölkə himnlərinin səsləndirilməsi ilə başlayıb.

Kızılcahamam Bələdiyyəsinin başçısı Coşqun Ünal, diasporumuz adından Prof. Dr. Əflatun Nemətzadə, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar, səfir Faiq Bağırov Xocalı soyqırımı ilə bağlı tədbir iştirakçıları ilə dəyərli fikirlərini bölüşüb.

Təməlqoyma mərasiminin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva "Azərbaycandakı şəhid edilən qardaşlarınızı bundan sonra soyuq bir gecədə qətliama məruz qoyulan qardaşlarınızı anmaq üçün buraya gələnlərə Xocalıdakı qardaşlarınız və həyatını əlil olmaqla sağ qurtara bilmiş Xocalılar adına çox təşəkkür edirəm " dedi.

Xocalı şəhidlərini "bizi unutmayın və unutdurmayın" dediyini qeyd edən Qənirə Paşayeva "Bizə ədalət qarşısında da hesab verin deyir. Bu abidə bizə və gələcək nəsillərə "nə unut, nə də unutdur" deyir. Bu, çox önəmli bir məsələdir. O insanlar orada Xocalı sakini olduqları üçün qətlə yetirilmədilər, o insanlar orada türk və müsəlman olmanın bedelini ödədilər" – dedi.

Xocalı soyqırımı abidəsinin yerləşəcəyi yerdə Kızılcahamam rayonunun dindar ağsaqqallarından birinin duaları ilə təməlqoyma mərasimi davam edib.



Bütün xəbərlər Facebook səhifəmizdə