Bayram Səfərov: “Xocalıda öldürülən günahsız ana və bacılarımızın qanı yerdə qalmayacaq”

Bayram Səfərov: “Xocalıda öldürülən günahsız ana və bacılarımızın qanı yerdə qalmayacaq”

"Bu gün dünyanın əksər ölkələrində Xocalı soyqrımı şəhidləri yad olunur, bir sıra ölkələrdə isə artıq Xocalı soyqrımı ilə bağlı sənədlər qəbul olunub. O dəhşətli cinayəti törədənlərin hamısı məhkəmə qarşısında durmalıdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib. O bildirib ki, Xocalıda öldürülən günahsız, hərbiyə aidiyyəti olmayan insanların, ana və bacılarımızın qanı yerdə qalmayacaq.

"Dağlıq Qarabağın yerli əhalisi öz ata-baba yurdlarına qayıtmalıdır. Bütün dünya bunun üçün öz səsini çıxartmalı, ikili standartlara son qoymalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə