Əli Əhmədov: “Bu günkü yürüş dünya ictimaiyyətinin Xocalı soyqırımına münasibətini artıracaq”
"Bu gün Xocalı faciəsinin 20-ci ildönümündə minlərlə insanlardan ibarət əzəmətli bir yürüş təşkil olunub. Hesab edirəm ki, bu da bütün dünyaya Azərbaycan vətəndaşlarının Xocalı soyqırımı ilə bağlı düşündüklərini, münasibətini çatdırmaq üçün yaxşı bir fürsətdir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbyacan Partiyasının səd rmüavini, icra katibi, millət vəkili Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu yürüş dünya ictimaiyyətinin Xocalı soyqırımına münasibətini artıracaq. Ə.Əhmədovun sözlərinə görə, bununla həmçinin, dünyada Xocalı soyqırımını tanıyan parlamentlərin sayı da artacaq.
"Azərbaycan heç zaman işğal altındakı torpaqlarının daima belə vəziyyətdə olmasına razı olmayacaq. Azərbaycan vətəndaşları, hökuməti, dövləti işğal altında olan torpaqların geriyə qaytarılmasını təmin edəcək. "Xocalıya Ədalət" kampaniyası bu ədalətin bərqərar olmasında kömək olacaq. Bütün dünya, bəşəriyyət Xocalı faciəsinin soyqırım kimi qəbul edəcək. Hesab edirəm ki, bugünki əzəmətli yürüş böyük kampaniyanın uğur qazanmasına özünün böyük töhfəsini verəcək", - deyə hakim partiyanın sədr müavini əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB