Bu gün Xocalı facisəinin 20-ci ildönümü ilə əlaqədar "Azərsun Holdinq" şirkətlər qrupunun mədəniyyət mərkəzində "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi, Şuşa Dövlət Musiqili Dram Teatrı ilə birlikdə anma mərasim keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, düz 20 il bundan öncə azərbaycanlıların başına gətirilən soyqırımın acı məqamlarından danışıb. Qeyd olunub ki, onların qanları heç bir zaman yerdə qalmayacaq. Bildirilib ki, Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca olub. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri belə təhqir ediblər.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bədnam qonşularımızın qaniçənliyindən faktlar gətirib və bu gün də onların əməllərindən əl çəkmədiyini diqqətə çatdırıb.
\"Azərsun Holdinq\" şirkətlər qrupunun idarə heyətinin sədri Abdulbari Gozal isə Xocalı soyqırımı zamanı şəhid olanların ailələrinə göstərilən qayğıdan söz açıb. Tədbirin sonunda "Xocalıya ədalət" filmi nümayiş olunub və ədəbi-bədii kompozisiyası təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB