“İnsanlıq əleyhinə cinayətlər- Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası "İnsanlıq əleyhinə cinayətlər- Xocalı soyqırımı" adlı beynəlxalq konfrans keçirib.
SİA-nın xəbərinə görə, konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının vitse-prezidenti Vəli Əlibəyov, insan hüquqlarına dair beynəlxalq standartların tətbiqi üzrə birgə işçi qrupunun həmsədri Şahin Camalov, Bolqarıstan prezidenti yanında Əfv Şurasının üzvü Daniel Stoyanov və xarici qonaqlar iştirak edib.
Bununla yanaşı faciənin canlı şahidi olan Xocalı sakinləri, eyni zamanda həmin dövrdə Azərbaycanda siyasi mövqedə çıxış edən rəsmi şəxslər iştirak edib.
Qeyd edək ki, tədbirdə Xocalı faciəsinə dair film nümayiş olunub.
İlahə Vəliyevə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB