Sabah Azərbaycanın bir sıra rayonlarına qazın verilişi məhdudlaşdırılacaq
Fevralın 24-də Yevlax rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin (DNŞ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari təmir işləri ilə əlaqədar sabah 24 fevral tarixində saat 09:00-dan 17:00-dək "Yevlax-1", "Yeni Yevlax-2", "Aran" və "Mingəçevir" Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Yevlax şəhəri də daxil olmaqla, rayonun Səmədabad, Varvara, Cırdaxan, Salahlı və Balçılı kəndlərinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB