Qənirə Paşayevanın Xocalı Soyqırımı ilə bağlı Türkiyə mətbuatına danışdı
Türkiyənin tanınmış "Hürriyet" qəzetində, TRT kanalında və İhlas Haber Agentliyində millət vəkili Qənirə Paşayevanın Xocalı Soyqırımı ilə bağlı fikirləri yayımlanıb. SİA-nın verdiyi məlumata görə, "Hürriyet" qəzetində "Anlatırkən ağladı" başlıqlı millət vəkilinin çıxışı dərc edilib: "Xocalı soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdır. Soyqırımı edənlər ədalət qarşısında hesab verməlidir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Xocalı Soyqırmını anlatmaq üçün konfranslar təşkil edirik. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan Beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Biz də bunu dünyanın müxtəlif ölkələrində izah edirik. Meksika parlamenti və Pakistan senatının Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq üçün qərarlar qəbul etməsi bizim üçün çox əhəmiyyətlidir. Bu başqa ölkələrin də gündəminə gəlməlidir. İnanırıq ki, yaxın zamanda Xocalı Soyqırımını tanıyan ölkələrin sayı artacaq."
Türkiyənin TRT kanalında və İhlas Haber Agentliyi ilə yanaşı millət vəkili Türkiyənin bir sıra KİV-lərində də çıxışlar edərək Xocalı Soyqırımı, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi, böyük güclərin bunun arxasında dayanan maraqları, ermənilərin və Ermənistanın törətdiyi soyqırımlar barədə ətraflı məlumatlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB