TBMM Xarici İşlər Komissiyası Xocalı faciəsinin 20 illiyi ilə bağlı bəyanat qəbul edib
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici İşlər Komissiyasında Xocalı faciəsinin 20 illiyi ilə bağlı müzakirə keçirilib və toplantıda yekdilliklə bəyanat qəbul olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Xarici işlər komissiyasının sədri Volkan Bozkırın hazırladığı bəyanatda deyilir ki, Xocalı faciəsi bəşər tarixinə qara ləkə və dinc əhaliyə qarşı törədilən cinayətdir. 1992-ci il fevralın 25-26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı qəsəbəsində ermənilər tərəfindən planlı olaraq həyata keçirilən qətliamda 106-sı qadın, 63-ü uşaq, 70-dən çoxu yaşlı insan olmaqla 613 Azərbaycan türkü işgəncə ilə öldürülüb, 487 nəfər ağır yaralanıb, 1275 nəfər ermənilər tərəfindən girov götürülüb, 150 nəfər itkin düşüb.
Bəyanatda həmçinin vurğulanır ki, Xocalı faciəsi bütün dünya üçün dərs olmalıdır. Türkiyə bu faciədə günahkar olan bütün cinayətkarların cəzalandırılmasında qardaş Azərbaycanı həmişə dəstəkləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB