Bakıda mənşəyi məlum olmayan sement aşkar olunub. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Qaradağ Spectal" MMC-nin direktoru, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Qurbanovun müvafiq icazə olmadan "Qaradağ Tikinti Materialları" ASC-də "Qaradağ" sement zavodunun istehsal etdiyi "Special" əmtəə nişanına oxşar kisələrə mənşəyi məlum olmayan sementi dolduraraq satışını təşkil etməsi müəyyən edilib.
Baxış zamanı Yasamal rayonu Şərifzadə küçəsindəki "İnşaat" mağazasından əlavə olaraq 53 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarından isə saxta 5450 ədəd "Spesialist" əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB