Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Xocalı faciəsinin 20-ci ildönmünü anıb - FOTO

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Xocalı faciəsinin 20-ci ildönmünü anıb - FOTO

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı "Xocalı- 20 yaşlı ad almayan soyqırım" adı altında toplantı ilə Xocalı faciəsinin 20-ci il dönümünü anıb. "Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına və tarixinə əbədi həkk olan bir səhifədir". SİA -nın xəbərinə görə, bu sözləri prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov tədbir zamanı səsləndirib. O, qeyd edib ki, 20 il bundan əvvəl Azərbaycan xalqının başına gətirilən bu faciə əsrin ən dəhşətli qətliamlardan olduğu halda beynəlxalq təşkilatların Xocalı soyqırımına hüquqi və siyasi qiymət verməməsi Azərbaycana qarşı ikili standartın bariz nümunəsidir.


V. Qədirov bildirib ki, tarixdə izi belə olmayan, söyləntilərə görə 100 il budan əvvəl baş vermiş "erməni soyqırımı"nın dünya miqyasına çıxarılması, hətta Fransanın bu məslədə irəli gedərək bu "soyqırımı" tanımayanları cəzalandırması, 20 il bundan öncə törədilən Xocalı Soyqırımına bu cür etinasız yanaşılması ən böyük ədalətsizlikdir.


\"Bu gün Azərbaycan ordusu işğal altındakı torpaqları azad etməyə qadirdir\",- deyən V.Qədirov qeyd edib ki, Ermənistanın başını sığallayanlar bu cür addımlarıyla ermənilərə bu fəlakəti yaşamağa hazırlayırlar.


Tədbirdə çıxış edən digər ziyalılar və Xocalıdan olan sakinlər Ermənistanın təcavüzkar siyasətidən söz açaraq, Xocalı qətliamının soyqırım kimi qəbul edilməsində bütün vətəndaşların səfərbər olmasının lazım olduğunu vurğulayıblar.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə