YAP Ağdaş rayon təşkilatının gəncləri Xocalıdan olan məcburi köçkünlərlə görüşüb
Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının gəncləri Xocalıdan olan məcburi köçkünlərlə görüşüb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbər görə, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının Gənclər Birliyi tədbir keçirib. Tədbirdə rayon ərazisində məskunlaşan Xocalıdan olan məcburi köçkünlər, partiyanın gənclər təşkilatının üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Toplantıda çıxış edənlər xalqımızın başına gətirilən bu dəhşətli müsibətdən danışıblar. Hadisə şahidlərinin çıxışları dinlənilib. 20 yaşlı soyqırımın dünya ictimaiyyətinə tanıdılmasında dövlətin apardığı siyasətdən söz açılıb.
Qeyd edək ki tədbir Ağdaş rayonunda Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdən biridir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB