Jalə Əliyeva: “Azərbaycanın beynəlxalq təşkilatlarda yeri və əhəmiyyəti gün keçdikcə böyüyür, güclənir”
Azərbaycanın "Böyük iyirmiliy"in üzvü olan ölkələrin Meksikanın Los Kabos şəhərində növbəti sammitinə dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun artığını göstərir. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. O, qeyd edib ki, artıq Azərbaycanın beynəlxalq təşkilatlarda yeri, əhəmiyyəti gün keçdikcə böyüyür, güclənir: "Azərbaycan həqiqətən də layiq olduğu yerə gəlir. Dünyada və bölgədə keçirilən bütün mühüm konfranslarda Azərbaycan təmsil olunur. Bu Azərbaycanın həyata keçirdiyi siyasət baxımından əhəmiyyətli inkişafdır. Son günlərdə Azərbaycanın yüksək səviyyəli sammitdə iştirakı üçün dəvət alması bir daha dediklərimizi sübut edir".
Millət vəkili hesab edir ki, Azərbaycanın geostrateji və geosiyasi əhəmiyyəti Qərb tərəfindən daha çox başa düşülməyə başlayıb: "Azərbaycan Avropa Enerji Cəmiyyəti üçün əsas strateji tərəfdaş olma istiqamətində uğurlu addımlar atır. Məhz iqtisadi əməkdaşlıq davamlı enerji siyasətinin həyata keçirilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensial yaradıb".
Jalə Əliyevə həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin eyni zamanda regional və təhlükəsizlik problemlərini də ehtiva etdiyini qeyd edib. Bu baxımdan Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan millət vəkili bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB