Göygöldə hesabat müşavirəsi keçirilib

Göygöldə hesabat müşavirəsi keçirilib

Göygöldə keçirilən hesabat müşavirəsində rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov yola saldığımız 2011-cu ildə rayonda görülən işlər barədə ətraflı məlumat verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, A. Seyidov respublikada əldə olunan nailiyyətlər Göygöl rayonunun sosial iqtisadi inkişafına da müsbət təsirini göstərib. Ölkə başçısı İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq 2011-ci il ərzində rayonda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilişi, abadlıq quruculuq işlərinin aparılması, uzun illər yığılıb qalmış mövcud problemlərin aradan qaldırılması istiqamətin də həyata keçirilən tədbirlər davam etdirilib, iqtisadiyyatın dinamik inkişafı təmin olunub.


Ümumdaxili məhsul istehsalında qeyri dövlət sektorunun xüsusi çəkisi rayon üzrə 67,8 faiz təşkil edib. Kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin nəticəsi olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2011-ci ildə sahibkarlıqla məşğul olan 39 hüquqi və fiziki şəxsə 741 min manat güzəştli kredit verilib. Rayonda fəaliyyət göstərən 22 sənaye müəssisəsi tərəfindən bütövlükdə 7 milyon 835,5 min manat dəyərində məhsul istehsal edilib, sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,4 faiz olub. 2011-ci ildə sənaye müəssisələrində çalışanların orta aylıq nominal əmək haqqı əvvəlki illə müqayisə də 27 faiz artaraq 174 manat, rayon üzrə adambaşına düşən pul gəliri 1908 manat təşkil edib. Əhalinin az təminatlı təbəqəsinin, sosial müdafiyə ehtiyacı olan insanların maddi rifah halının yaxşılaşdırılmasına diqqət daha da artırılıb, 2011-ci ildə 955 ailəyə hər ay orta hesabla 91 manat məbləğində ünvanlı sosial yardım verilib. Tədbirdə o da xüsusi ilə vurğulanıb ki, 2012-ci ildə də bu uğurların davamını gətirmək üçün işlər davam etdiriləcək.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə