Politoloq: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi İranla Ermənistanın coğrafiyasını dəyişəcək”

Politoloq: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi İranla Ermənistanın coğrafiyasını dəyişəcək”

\"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində istənilən anda dönüş yarana bilər. Beynəlxalq aləmdə, o cümlədən Avropa məkanında gedən proseslər belə dönüşə əsas yaradır\". SİA-nın xəbərinə görə, bu və ya digər məsələlər barədə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi növbəti "Dağlıq Qarabağ" saatında məlumat verib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin praktiki mərhələsi artıq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşündən, dialoqun keçirilməsindən deyil, Ağdam və Füzulidən qoşunların çıxarılmasından başlamalıdır. M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycanın siyasi rəhbərinin apardığı siyasət də bunu ortalığa qoyur: "Dağlıq Qarabağ münaqişəsində hazırda ermənilərin böyük bədbəxtçiliyi İran ətrafında gedən proseslərlə bağlıdır. Ermənilərin Rusiyadan, Amerikadan, Fransadan imtina etməklə əsas müttəfiq kimi İranı seçməsi onların çox ciddi səhvi idi. Ermənistanın arxası, dayağı kimi İran bu gün əriyir. Ermənistan o qədər İrana qaynayıb-qarışmışdı ki, hazırda onun ətrafında gedən proseslər Ermənistanın içinə girir. Son dövrlərdə İranın Azərbaycana qarşı təzyiqlərin artmasının əsas mahiyyəti bundadır".

Politoloq hesab edib ki, son dövrlərdə İranla Azərbaycan arasında heç bir fövqəladə hadisə baş verməyib. Onun sözlərinə görə, bu dəqiqə İranda daxili siyasətin ən vacib anı olan seçkilər dövrüdür və azərbaycanlılardan heç kim onun daxili işinə qarışmayıb. Amma günü-gündən İrana qarşı təzyiq artır.

"Çünki İranın Azərbyacana qarşı təzyiqlərinin artması bizim və dünyanın Ermənistana qarşı etdiyi təzyiqlərlə düz mütənasibdir. Dünya dövlətləri Ermənistana qarşı təzyiqlər etdikcə, orada vəziyyət pisləşir və bunun nəticəsində də İranın təzyiqləri artır. Bunun nəticəsində də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün real zəmin yaranır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi İranla Ermənistanın coğrafiyasını dəyişəcək. Coğrafiyanın dəyişməsi isə İran üçün faciəlidir. Çünki İranla Ermənistan arasında iki cür əlaqə var. Bunlardna biri rəsmi, digəri isə Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə qurulan əlaqələrdir. Rusiyadan gizlədilən əlaqələr Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi vasitələri ilə həyata keçir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə