Erməni millət vəkili: “Biz azərbaycanlı deputatların təhlükəsizliyini təmin edəcəyik”
Avronest Parlament Assambleyasının Sosial komitəsinin İrəvanda keçiriləcək iclasında Azərbaycan Milli Məclisin (MM) deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyevin iştirakı təsdiqlənib. Bu sözləri Ermənistan parlamentinin deputatı Artak Zəkəryan deyib: "Hər üç millət vəkili rəsmi olaraq öz iştirakını təsdiq edib və biz onların təhlükəsizliyini təmin edəcəyik".
O, qeyd edib ki, komitənin toplantısında tərəfdaş dövlətlərdə vətəndaş cəmiyyətinin inkişafı, yoxsulluğun azaldılması strategiyası, parlamentlərdə və vətəndaş cəmiyyətində qadınların, gənclərin rolunun artırılması və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB